Ölkə prezidenti İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni (aprel ayına kimi) hazırda baş nazir olan Novruz Məmmədov icra edirdi.
Etikxeber.az