Hindistan-Pakistan sərhəddində gərginlik davam edir

Fevralın 28-də səhər saatlarında Hindistan-Pakistan sərhədindəki qoşunların təmas xəttində atışmalar olub.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, iki ölkə arasında mübahisəli Kəşmir bölgəsində 1 saat davam edən atışmalar nəticəsində itkilər barədə məlumat verilmir.

Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Devender Anand məlumatı təsdiq edib.

Pakistanın informasiya naziri Şövkət Əli Yusifzayi isə ölkənin şərq sərhədlərində ordunun “yüksək hazırlıq” vəziyyətinə gətirildiyini bəyan edib.

Nüvə silahına malik olan iki ölkə arasında gərginliyin artması bütün dünya ictimaiyyətini narahat edir. Pakistanın Baş naziri İmran xan hindistanlı həmkarına müraciət edərək sülhün qorunub saxlanılması üçün dialoq təklif edib.

Etikxeber.az

Read Previous

Problemli kreditlərin həlli ilə bağlı – FƏRMAN

Read Next

“O vicdansızın hərəkətinin ağırlığını vicdanlı insan çəkməli olacaq…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir