Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fransada Milli Assambleyada pensiya qanunu layihəsi ilə bağlı hökumətin 49.3 maddəsini tətbiq etməsi deputatların narazılığı ilə qarşılaşıb və nümayişlər yenidən başlayıb.
Etikxeber.az xəbər verir ki, “İrəli Respublika” (LREM) partiyasından iki deputat pensiya qanunu layihəsi ilə bağlı 49.3 maddəsinin tətbiqi qərarının “səbr kasası” üçün son damla olduğunu bildirərək, bu partiyanın sıralarını tərk edib.
Hökumətin 49.3 maddəsinin tətbiqi ilə bağlı qərarından sonra bu gün sağçı və solçu partiyalar tərəfindən hökumətə etimadla bağlı səsvermə keçirilməsinə dair Respublikaçılar və Kommunist partiyalarının üzvləri tərəfindən 2 təklif irəli sürülüb. Hökuməti 289 deputat etimad göstərmədiyi təqdirdə, istefa gözləyir.
V Respublika dövründə Fransada hökumətə etimadla bağlı sonuncu səsvermə 1962-ci ildə Şarl De Qolun vaxtında keçirilib. Həmin səsvermənin nəticəsində təkcə hökumət deyil, eyni zamanda parlament də buraxılıb.
Pensiya qanunu layihəsi ilə bağlı bildirilir ki, Milli Assambleyada qəbul edildikdən sonra qanun layihəsi sağların əksəriyyət təşkil etdiyi Senata təqdim olunacaq.
Xatırladaq ki, 40 min dəyişiklik təklif olunmuş pensiya qanun layihəsi Milli Assambleyada 15 gün müzakirə olduqdan sonra yalnız 1 maddə qəbul olunub. Hökumət qanun layihəsinin qəbul edilməsi prosedurunu sürətləndirmək məqsədi ilə Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini tətbiq etməklə bağlı qərar qəbul edib.
Qərara əsasən sözügedən qanun layihəsi müzakirə və səsvermə olmadan qəbul edilməlidir (AZƏRTAC).

Etikxeber.az





