Hökumət dəyişikliyi olacaq…

Fransada gözlənilən hökumət dəyişikliyi Prezident Emmanuel Makronun Qafqaz səfərindən sonraya təxirə salınıb.

Etikxeber.az-ın xəbərinə görə, Yeni hökumətin tərkibi ilə bağlı yerli mətbuata sızan məlumatlara əsasən, hökumətin dörd üzvünün əvəzlənəcəyi gözlənilir.

Daxili işlər naziri Jerar Kollombun istefasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, onun yerinə hələ də təyinat olmayıb. Daxili işlər naziri ölkə tarixində ilk dəfə istefasını tələsdirdiyi üçün bu post müvəqqəti olaraq, Baş nazir Eduard Filipə həvalə edilib.

Yerli mətbuatın verdiyi məlumata əsasən, mədəniyyət naziri Fransuaz Nissen, ərazi birliyi naziri Jak Mezar, kənd təsərrüfatı və ərzaq naziri Stefan Traver, İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdində dövlət katibi Delfin Jeni-Stefan nazir vəzifələrini tərk etməli olacaqlar. Həmçinin ən strateji vəzifə hesab olunan daxili işlər naziri də təyin edilməlidir.

Sosialist partiyasının keçmiş üzvü, qurbanlara yardım üzrə sabiq dövlət katibi Jülyet Meadelin və bu partiya ilə soyuq münasibətləri olan senator Didye Giyyomun yeni hökumətin tərkibində yer alacaqları ehtimal olunur.

Daxili işlər naziri vəzifəsi üçün Jan Kasteksin, Frederik Peşenarın və Kristof Kastanerin adları hallanır. Kənd təsərrüfatı naziri postuna MoDem partiyasından Mark Fesnonun adı çəkilir. Eyni zamanda, Frank Riesterin və Kristof Beşünün Baş nazirin yeni hökumət siyahısında olduğu ehtimal edilir.

Etikxeber.az

Read Previous

İdmançımız ağırlıqqaldırma üzrə Olimpiya Oyunlarının gümüş medalını qazandı – FOTOLAR

Read Next

Xalq Mahnıları Festivalına yekun vuruldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir