Eldəniz Səlimov Şəhid ailələri, Qazilər, Qazi ailələri ilə bağlı-HÖKUMƏTƏ SƏSLƏNDİ…

Millət vəkili Eldəniz Səlimov parlamentin bugünkü iclasında çıxış edib.

Etikxeber.az həmin çıxışı olduğu kimi, təqdim edir:

“…Bu gün çox mühüm bir məsələnin müzakirəsinə yığışmışıq.

Belə ki, bugünkü iclasda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm və önəmli icraçılarından, cavabdehlərindən olan Azərbaycan Hökumətinin, Nazirlər Kabinetinin son bir illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi müzakirə olunur, dinlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Hökumətinin, Nazirlər Kabinetinin fəaliyyəti son bir ildə çox çətin, çox məsuliyyətli, çox həssas və çox qürurverici bir dönəmə təsadüf etmişdir.

2020-ci il başlayar-başlamaz dünyada yaşanan koronavirus adlı bəla bütün önləyici addımlara rəğmən, “çağırılmamış qonaq” kimi, ölkəmizə də “ayaq” açmağa başladı.

Bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycan Hökumətinin qarşısında bir çox həlli vacib məsələlər qoydu.

Koronovirus pandemiyasının qarşısının alınması, onun  fəsadlarının önlənməsi üçün çox ciddi və təxirəsalınmaz addımların atılması aktual məsələ kimi ortaya çıxdı.

İstər Azərbaycan dövləti, istər Azərbaycan Hökuməti belə bir gözlənilməz və həssas situasiyada nəinki özünü itirdi, əksinə, bir çox dünya dövlətlərindən, supergüclərdən fərqli olaraq, öz müsbət fəaliyyəti ilə bir örnək, bir nümunə oldu.

Ölkə Prezidentinin birbaşa başçılığı və təşəbbüsü ilə Nazirlər Kabineti tərəfindən qısa zaman kəsiyində “Təbdirlər Planı” hazırlandı və icraya yönəldildi.

Həmçinin, Baş nazirin başçılığı ilə  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil edilməsi bu istiqmətdə çox mühüm və önəmli addımlardan biri oldu.

Məhz görülən tədbirlər, atılan addımlar, verilən qərarlar nəticəsində də ölkə vətəndaşlarının və Azərbaycan iqtisadiyyatının pandemiyanın daha ağrılı, daha amansız təsirlərinə,  fəsadlarına məruz qalmaması, ondan az itkilərlə, ziyanlarla çıxması mümkün oldu.

Bütövlükdə ötən bir il ərzində təxminən 5 milyon insanı əhatə edən, 2,5 milyardlıq sosial paket ölkəmizin koronavirs pandemiyasına qarşı ardıcıl, birmənalı və barışmaz mübarizə apardığının, dünya üçün bir nümunə olduğunun əyani təsdiqinə çevrildi.

Eyni zamanda, ötən bir il həm dövlətimiz, həm xalqımız, həm də Hökumətimiz üçün 44 günlük tarixi İkinci Vətən Mühartibəsi, 32 illik qanlı münaqişəyə cəmi 44 gün ərzində son qoyulması, tarixi düşmən və onun məkrli havadarları üzərində parlaq Qələbəmiz, möhtəşəm Zəfərimiz ilə yadda qaldı.

Ali Baş Komandanın, Müzəffər, Qalib Sərkərdə cənab İlham Əliyevin başçılığı ilə bütün Azərbaycan xalqı, o cümlədən, Nazirlər Kabineti bir andaca müsəlləh əsgərə döndü, Vətən, Torpaq naminə səfərbər olundu və bu səfərbərlik, bu birlik, bu həmrəylik də öz nəticəsini verdi.

Terror və faşist “dövləti” olan forpost Ermənistan müharibədə məğlub edildi, diz çökdürüldü, 10 noyabr bəyanatını imzalamağa məhkum və məcbur oldu.

Bəli, biz artıq Qalib dövlət, Qalib xalq, Qalib millət, Qalib hökumətik, Qalib hakimiyyətik!

Qələbəməzin, Zəfərimizin əldə edilməsində təbii ki, Azərbaycan Hökumətinin də müstəsna rolu və xidmətləri var.

Ona görə fürsətdən istifadə edib, bir daha Hökumətimizə öz minnətdarlığımı ifadə edirəm.

Bəli, Qalib dövlət kimi, bizi qarşıda yeni çağırışlar, yeni hədəflər, yeni işlər gözləyir, xüsusilə də, Qarabağımızın bərpası, dirçəldilməsi, cənnət məkanına çevrilməsi.

Bu istiqamətdə də artıq çox mühüm addımların atılmasına start verilmişdir.

İnanıram və əminəm ki,Azərbaycan Hökumətin bu işlərin uğurla həyata keçirilməsində də öz sözünü deyəcək,  üzərinə düşən işlərin öhdəsindən layiqincə gələcək və Azərbaycanın daha da güclənməsinə töhfələrini verəcək.

Eyni zamanda, insanlarımızı, vətəndaşlarımızı, xüsusilə, Şəhid ailələrini, Qaziləri, Qazi ailələrini düşündürən, narahat edən məsələlərin həlli istiqamətində öz yorulmaz fəaliyyətin davam etdirəcək, öz xidmətlərini göstərəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Mərkəzi Bankın şəffaf olmayan fəaliyyəti araşdırılsın və…”-FƏZAİL AĞAMALIDAN ELMAN RÜSTƏMOVA SƏRT İTTİHAMLAR – YENİLƏNİB

Read Next

“Cəfər Cabbarlı adına kinostudiyanın ətrafı ancaq restoran, kafe, barlardr. Hansı ölkədə belə vəziyyət var?!”-FAZİL MUSTAFA YENƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir