Hökumət parlamentə-HESABAT VERƏCƏK – MARTIN 16-DA…

6-cı çağırış Milli Məclisin (MM) növbəti-5-ci iclası gələn həftə, martın 16-da olacaq.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə yalnız bir məsələ-“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” məsələ daxil edilib.

Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, Nazirlər Kabinetinin-hökumətin ali qanunverici orqanda hesabatı dinlənilməlidir.

Hesabatla yenə Baş nazir Əli Əsədov çıxış edəcək.

Hesabatın müzakirəsində millət vəkilləri ilə yanaşı, Baş nazirin müavinləri, nazirlər, komitə sədrləri, Dövlət Şirkətlərinin, ASC-lərin rəhbər şəxsləri də iştirak edəcəklər.

Baş nazirin hesabatından sonra müzakirələr başlanılacaq, təklif və iradlar səsləndiriləcək və sonda hesabat təsdiqlənəcək.

Onu da qeyd edək ki, ötən il koronavirus pandemiyası ilə bağlı Baş nazir öz hesabatını videoformat şəklində vermişdi.

Bu il necə olacaq, bu məsələ yaxın günlərdə tam dəqiq bilinəcək.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Şəhidimizin ömrü oğulları Ayxan və Ayazda yaşasın!”-MİLLƏT VƏKİLİ “QARABAĞ” ORDENLİ ŞƏHİD ZAUR ƏLƏSGƏRLİNİN AİLƏSİ İLƏ GÖRÜŞDÜ-FOTOLAR

Read Next

Qazi Aqil, Şəhid Vüsal və Şəhidlərimiz, Nur üzlülərimiz…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir