“Hökumət üzvlərinin yerinə niyə deputatlar cavab verir?!”- DEPUTATDAN TƏPKİ

Milli Məclisin (MM)  bugünkü plenar iclasında deputat Fazil Mustafa büdcə müzakirələrinin parlamentdə keçirilmə proseduruna irad bildirib.

Etikxeber.az  xəbər verir ki, millət vəkili xatırladıb ki, ötən ilin büdcə müzakirələrində təklif verib ki, hökumətin ayrı-ayrı üzvləri öz sahələrinin büdcə təsnifatı barədə deputatlara məlumat versinlər:

“Hesab edirəm ki, Azərbaycanın yeni Baş naziri də yerində olan savadlı bir insandır. Amma bizdə belə bir qəribə vəziyyət yaranıb ki, bəzən hökumət üzvlərinin yerinə deputatlar cavab verir. Hətta bəzən deputat həmkarlarımızdan bizə iradlar da bildirilir ki, bu fikri bildirmək olmaz. Ancaq dünya parlamentlərində belə qayda yoxdur. Ən azı Türkiyə və Fransa parlamentlərində gedən büdcə müzakirələrinə baxın. Burada da əsas məqsəd odur ki, bütün yük Maliyyə Nazirliyinin üzərinə düşmür. Həmçinin, başqa nazirliklər də parlamentdə qarşısında büdcə məsuliyyətini daha çox hiss edirlər. Ona görə də bu məsələlərdə diqqətli olmağınızı xahiş edərdim”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi müzakirə olunur…

Read Next

Eldəniz Səlimovdan – XAÇMAZLA BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir