“Hökumət yeni iqtisadi artımla bağlı tədbirlər planı üzərində işləyir” – BAŞ BANKİR

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunmasını və yeni iqtisadi artıma keçidi nəzərdə tutan tədbirlər planı üzərində işlənilir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov sənədin hələ razılaşdırılmamasını əsas gətirərək, detallar barədə məlumat verməyib.

“Bilirsiniz ki, ölkədə Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu Şurada olduqca ciddi iş, müzakirələr gedir. Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini də əhatə edir” – deyə, E.Rüstəmov vurğulayıb.

Etikxeber.az

Read Previous

Əliyev Ərdoğana başsağlığı verdi: “Faciə ilə əlaqədar dərdinizi bölüşürük”

Read Next

“Son artım ölkədə işsizliyin sayının artmasına təkan verəcək” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir