Hökumət yenidən parlamentarilər qarşısında-MARTIN 15-DƏ NÖVBƏTİ HESABAT VERİLƏCƏK

Hökumət-Nazirlər Kabineti parlament qarşısında növbəti hesabatını gələn həftənin ikinci günü, martın 15-də verəcək.

Artıq Nazirlər Kabinetinin hesabatı Milli Məclisə (MM) daxil olub.

Etikxeber.az-ın xəbərinə görə, hesabatı növbəti dəfə Baş nazir Əli Əsədov verəcək.

Hesabatdan öncə isə spiker Sahibə Qafarova hökumətin son bir illik fəaliyyəti ilə bağlı qısa şəkildə öz mövqeyini açıqlayacaq.

Hesabatın müzakirəsində Baş nazirin müavinləri, iqtisadi bloka daxil olan strukturların rəhbərləri-nazirlər, komitə sədrləri və digər məsul şəxslər iştirak edəcəklər.

Baş nazirin hesabatı dinlənildikdən və MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin çıxışından sonra müzakirələr başlanılacaq.

Millət vəkilləri tərəfindən hesabatla bağlı fikirlər-təkliflər və iradlar səsləndiriləcək.

Səsləndirilən təklif və iradlara hökumət üzvləri-İqtisadiyyat və Maliyyə nazirləri, eləcə də digər rəsmilər tərəfindən münasibət bildiriləcək.

Müzakirələrin sonunda hesabat səsə qoyularaq, qəbul ediləcək.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qanunsuz ağac kəsilməsi ilə bağlı 6 cinayət işi açıldı-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Read Next

Daha 126 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir