Hollandiya yığmasının hücumçusu yaddaşını itirib

Londonun “Tottenhem” klubu və Hollandiya yığmasının hücumçusu Vinsent Yanssen yoldaşlıq oyunu zamanı başından ağır xəsarət alıb.

Etikxeber.az xəbər verir ki, ötən axşam Belçika ilə keçirilən matçın 27-cı dəqiqəsində qapıçı Simon Minyole ilə toqquşan hollandiyalı futbolçunun beyni silkələnib. Məlum olub ki, o, ağır zərbədən sonra tədricən huşunu itirib və yerdə hərəkətsiz vəziyyətdə qalıb. Məsələyə müdaxilə edən tibb personalı isə futbolçunu meydandan çıxararaq ona ilkin yardım göstərib.

Hadisəni şərh edən Hollandiya millisinin baş məşqçisi Danni Blind bildirib ki, Yanssenin vəziyyəti çox ciddidir və futbolçu toqquşma nəticəsində yaddaşını itirib. “Həkimlərin müayinəsinə görə, onun beyni silkələnib. İyirmi dəqiqə huşunu itirən futbolçu ayıldıqdan sonra ümumiyyətlə meydanda nə baş verdiyini xatırlamır”, – deyə Blind diqqətə çatdırıb.

Qeyd edək ki, Hollandiya–Belçika oyunu 1:1 hesabı ilə başa çatıb.

Etikxeber.az

Read Previous

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli açıqlandı

Read Next

59 nüsxə kitab, 6 ədəd DVD diski müsadirə olundu – REYD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir