“Hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey…” – DEPUTAT

“Azərbaycanda qiymət siyasəti yoxdur. Düzdür, İqtisadiyyat Nazirliyinin müvafiq qurumu qiymətləri müəyyən qədər stabilləşdirir. Amma yenə də qiymətlər qalxır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə büdcə müzakirələrində çıxışında deyib.

Millət vəkili deyib ki, bu il manatın məzənnəsi dəyişməyib:

“İdxal- ixrac əməliyyatlarında müsbət saldo var. İnflyasiya 13-14 faizdir. Bəs niyə qiymətlər sürətlə dəyişir? Bunu sürətlə dəyişməsi üçün bazis olmalıdır. Yağın qiymətini guya gömrük xidməti prezdenti inandırdı ki aşağı salıb. Amnma yenə marketlərdə yağın qiyməti 18-24 manatdır. Deyirlər ki, monopoliya yoxdur. Hətta, hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdı. Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur?

Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlıdır. Elman Rüstəmov deyir ki, bu gün Azərbaycanda pul qıtlığı yoxdur. Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də 8 milyard dövriyyədə pul qalıb. Bu 3, 7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pul? Ölkə iqtisadiyyatı 2017- ci ildə geriləyib. Bunun da səbəbi pul kütləsinin azlığıdır. “Bank standard”I bağladılar. Bu gün 40 minə qədər insan küçədədədir. Onlar əmanətini ala bilmir.Bank sistemi ölkədə dağılır. Niyə camaatın pulunu vermirlər? Özü də bu nə siyasətdir ki, durub bankları bağlayırlar. Ondansa biz onların təmərküzləşməsinin tərəfdarıyıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputat YAP-ın 25 illiyindən yazdı

Read Next

Zahid Orucun büdcəyə baxışı – MİLLİ MƏCLİSDƏKİ ÇIXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir