Humanitar böhranın həlli ilə bağlı real təcrübəmizi bölüşməyə hazırıq – ELŞAD HƏSƏNOV

“Dondurulmuş münaqişələr” Avropa qitəsi üçün ən ciddi təhdiddir. Bu baxımdan Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişə regional təhlükəsizliyə təhdid yaradır. Ermənistan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalını davam etdirir. Bu ərazilər isə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Müzakirə etdiyimiz qətnamə layihəsində həmkarlarım Azərbaycanın işğal altında olan kəndlərinin adlarına dair çaşqınlıq yaradan səhvlərin düzəldilməsini tələb etdilər. Biz bu adların Azərbaycan dilində qeyd edilməsini israr etdik.

Etikxeber.az  xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsinin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib.

elsad-elsad-aspa

Qeyd edib ki, məcburi köçkünlərin əsas humanitar ehtiyacları tezliklə doğma torpaqlarına qayıtmaq və orada yaşamaqdır. Ermənistanın təcavüzü nəticəsində doğma yurdundan didərgin salınmış azərbaycanlı məcburi köçkünün ən böyük arzusu məhz budur.

Millət vəkili  diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəllərində təxminən bir milyon Azərbaycan vətəndaşı öz doğma torpaqlarını, evlərini tərk edərək paytaxt Bakı və digər böyük şəhərlərə üz tutdular. O zaman 7 milyon Azərbaycan əhalisinin təxminən bir milyonu məcburi köçkün idi. Sosial, iqtisadi, demoqrafik və ən əsası insani baxımından belə bir köç ölkə üçün humanitar çətinlik yaratdı:

“Məcburi köçkünlərin humanitar ehtiyacları barədə danışarkən, onların mənzil, təhsil, səhiyyə və məşğulluq məsələlərinə diqqət yetirməliyik. 1990-cı illərin ortalarından etibarən Azərbaycan hakimiyyəti məcburi köçkünlərin ehtiyaclarını və problemlərini mərhələ-mərhələ həll etməyə başladı. Bunun üçün böyük miqdarda maliyyə vəsaiti, ciddi səy və texniki yardım tələb olundu. Azərbaycan məcburi köçkünlərin problemlərinin öhdəsindən gəldi. Bu baxımdan biz məcburi köçkünlərin problemlərinin, eləcə də humanitar böhranın həlli ilə bağlı real təcrübəmizi bölüşməyə hazırıq”.

Etikxeber.az

 

Read Previous

Sosial şəbəkə az qala hər kəsi jurnalistə, bloggerə çevirir – RAFAEL HÜSEYNOV

Read Next

“Bu məsələ Avropa üçün çox vacibdir…” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir