“Hüquqşünas olmaya bilərik, amma…” – DEPUTAT PREZİDENTİN KÖMƏKÇİSİNİN SON MÜSAHİBƏSİ HAQDA NƏ DEDİ?

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsini oxudum. Müsahibəni bir neçə dəfə və diqqətlə oxudum. Müsahibədə Prezidentin 3 aprel 2019-cu il tarixli ” Məhkəmə-hüquq sitemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının yerinə yetirilməsi istiqamətində görülən işlər barədə müfəssəl məlumat verilir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin dediyinə görə, bildirilir ki, islahatların ilk komponentlərini əhatə edən ilk qanunvericilik aktları paketi cənab Prezident tərəfindən 20 iyul tarixində imzalanıb.

“Fuad Ələsgərovun müsahibəsində diqqətimi çəkən əsas məqam o odur ki, sadəcə, yeniliklər barədə məlumat verilmir, yeniliklərin mahiyyti açılır, onun cəmiyyətimizin inkişafına verəcəyi töhvə izah edilir.

Belə ki, indiyə qədər mövcud olan inzibati-iqtisadi məhkəmələrin yerinə iki müstəqil məhkmə strukturu – inzibati və kommersiya məhkəmələri yaradılır. Bu yenilik məhkəmələrin ixtisaslaşması və sahibkarlıqla bağlı məhkəmə işlərinin xüsusi diqqətə götürülməsi ilə bağlıdır.

Həmçinin, məhkəmə aidiyyatı üzrə müraciətlərə baxılma prosesində aralıq məhkəmə mərhələsi olan apelyasiya mərhələsi ləğv edilir. Eyni zamanda, bu məsələnin Ali Məhkəmədə baxılma müddəti iki aydan on günə endirilir.

Maraqlı olan bir məsələ də Prezident köməkçisinin hüquqi islahatların yeni mərhələri barədə anons verməsidir. Bildirilir ki, cəza siyasətinin yüngülləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, məhkəmə ekspertizasının təyini və keçirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi, “elektron məhkəmə” və “elektron icra” mexanizmlərinin tətbiqinin genişləndirilməsi barədə yeniliklər üzərində iş gedir.

fuad-1

Biz hüquqşünas olmaya bilərik, amma yaşadığımız dövlətin hüquq sisteminin daha səmərəli oması üçün aparılan siyasətlə tanış olmağımız vacibdir. Həyat inkişaf etdikcə, eləcə də, milli dövlətçilik təcrübəmiz artdıqca yeniliklərin olması, vətəndaşın daha rahat yaşaması üçün işlərin görülməsi daima gözləniləndir.

Bu baxımdan, Azərbaycanda hüquq sistemində edilən və edilməsi nəzərdə tutulan islahatların inkişafımıza dəstək verəcəyinə, vətəndaşların hüquqlarının daha yüksək səviyyədə qorunacağına və daha rahat yaşamasına şərait yaradacağına heç bir şübhə yoxdur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda konfrans – LATVİYADA

Read Next

“Bu, əsl faciədir” – NƏSİB MƏHƏMƏLİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir