Hüseyn Cavid yaradıcılığında musiqi dünyası adlı musiqili-ədəbi gecə keçiriləcək

Tanınmış ifaçı, gözəl xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova növbəti konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda N. Hüseynova öz “Facebook” səhifəsində məlumat yayıb.

Onun qeyd etdiyinə görə, konsert, daha doğrusu, musiqili-ədəbi gecə iyunun 2-də Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da olacaq.

Konsert Beynəlxalq Mugam Mərkəzi və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin birgə layihəsi əsasında gerçəkləşdiriləcək.

Musiqili-ədəbi gecədə Əməkdar artistlə yanaşı, adıçəkilən universitetin ikinci kurs tələbəsi Məftun Səfərli də çıxış edəcək.

Musiqili-ədəbi gecə isə belə adlanır: Hüseyn Cavid yaradıcılığında musiqi dünyası.

Etikxeber.az

Read Previous

“Selta” – “Mançester Yunayted” – 0:1 – AVROLİQA

Read Next

“Bakını çox sevdiyi üçün də…” – RAFAEL HÜSEYNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir