Hüseynova getdi-MURADOVA GƏLDİ – SABİQ VİTSE-SPİKER DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ TƏYİN OLUNDU – SƏRƏNCAM

Prezident İlham Əliyev sabiq vitse-spiker, YAP İdarə Heyəti və Siyasi Şurasının 3 xanımın üzvündən biri-Bahar Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin.

Qeyd edək ki, 4 çağırış Milli Məclisin (MM) üzvü olan, 2005-2020-ci illərdə isə həm də vitse-spiker və İnsan hüquqları komitəsinin sədri vəzifəsini icra edən B. Muradova 6-cı çağırış seçkilərə qatılmayıb.

Onu da qeyd edək ki, B. Muradovadan öncə bu komitəyə hazırda millət vəkili və MM-in Ailə, qadın və uşaq məsələləri komitəsin sədri olan Hicran Hüseynova rəhbərlik edib.

Təbrik edirik!

Etikxeber.az

Read Previous

Sabiq deputat və Xalq yazıçısı-UKRAYNAYA, ADIŞ MƏMMƏDOV ÇEXİYAYA, GÜRSEL İSMAYILZADƏ YAPONİYAYA SƏFİR GÖNDƏRİLDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB

Read Next

“Fəxr edirəm ki, Parlament Assambleyamızın üzvü belə mühüm vəzifəyə seçilib” – DAEMSDƏN QAFAROVAYA TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir