Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammiti keçirilib.
Etikxeber.az xəbər verir ki, son günlər Fələstində yaranmış böhranla əlaqədar çağırılan Sammitdə təşkilata üzv ölkələr prezidentlər, hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində təmsil olunublar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sammitdə iştirak edib.
Əvvəlcə Samitə hazırlıq məqsədilə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclas keçirilib.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Fələstinin Baş naziri Rami el-Hamdallah və başqaları çıxışlarında dinc fələstinlilərə qarşı zorakılıq göstərilməsinə etirazlarını bildiriblər.
Etikxeber.az





