I yarımil üzrə qiymətləndirmə başa çatıb- BŞTİ

Ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) başa çatıb.

Etikxeber.az Bakı Şəhər Təhsil İdarəsinə (BŞTİ) xəbər verir ki, BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

BSQ vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

BSQ məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

Qeyd edək ki, BSQ-nin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarım illik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.

Etikxeber.az

Read Previous

Fəzail Ağamalı növbəti dəfə-ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT ETDİ – VİDEO

Read Next

Naxçıvan seçicilərindən Eldar İbrahimova-BÖYÜK DƏSTƏK – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir