“İbrahimbəyov deyəsən, Pamukun yolunu seçib…” – QƏNİRƏ PAŞAYEVA YAZDI

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə diqqətlə baxdım və bu barədə bir yazı yazacam.

Bütün film boyu bunu bir azərbaycanlı edə bilməz dedim…

Bir azərbaycanlı bunu edə bilməzdi…

Azərbaycanlını bir tərəfə qoyun Qafqazı və burada yaşayan xalqları bilən və içərisində bir az da olsa ədalət hissi olan heç bir şəxs bunu edə biməzdi.

Amma, o, etdi.

Rüstəm İbrahimbəyov deyəsən, Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyinə düşüb və deyəsən elə onun da yolunu seçib.

GANİRA-MM

Ermənilər və havadarları onu böyük məmuniyyətlə müdafiə edərlər.

Amma bu filmdən bir daha görünür k,i Rüstəm İbrahimbəyov ruhən azərbaycanlı deyil, olmayıb və olmayacaq.

Hər kəs ondan Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi cinayətlər , evinə dönə bilməyən köçkünlərimiz, Xocalı soyqırımı, bu gün Ermənistan adlı dövlətin yerləşdiyi tarixi torpaqlarımız haqqında beynəlxalq səviyyəli filmlər, ssenarilər gözlədi illərlə amma o etmədi.

Əvəzində Azərbaycana və azərbaycanlılara arxadan zərbə olan bu filmi ortaya çıxardı.

Vətənini və millətini sevən insanlarımız onu bağışlamayacaq. Millətə sayğı duymayana millət də sayğı duymaz. 

P.S Hələ də içərisində bu dediklərimin sərt olduğunu düşünən və İbrahimbəyova hansısa bəhanələrlə haqq qazandırmaq istəyən varsa danışmadan və yazmadan öncə baxsın bu filmə…

Amma diqqətlə, bütün incəliklərinə nəzər salaraq, düşünərək baxsın…

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

AXCP-yə “çirkli pullar” ittihamı – RƏSMİ

Read Next

Dövlətin rəsmi tədbirlərində rusofil yanaşmanı yığışdırmaq lazımdır – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir