“İbtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır” – AKADEMİK

Millət vəkili, akademik Gövhər Baxşəliyeva yenidən rusdilli məktəblərə marağın artması məsələsinə toxunub.

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin  (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı millət vəkili bu yöndə tendensiyanın artmasından növbəti dəfə narahatlığını vurğulayıb:

“Bu tendensiya məni şəxsən çox narahat edir. Bu yaxınlarda hətta, belə bir məlumat açıqlandı ki, rusdilli məktəblərə övladlarını oxutmağa göndərmək istəyən valideynlərimizin sayı xeyli artıb. Bunun mütləq kökü, səbəbləri öyrənilməlidir. Bu, məni çox düşündürür və narahat edir. Mən heç bir dilin, o cümlədən, rus dilinin əleyhinə deyiləm. Amma bununla belə hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır.

govher x shekil son

Eyni zamanda, dediyim kimi, araşdırılmalı, səbəbləri öyrənuilməlidir ki, nəyə görə valideynlər öz övladıarını rus məktəblərində oxutmaqda maraqlıdırlar… Bu maraq nədən irəli gəlir…

Ancaq bir  məqamı bildirmək istəyirəm ki, uşaqlar başqa dildə oxuyanda və danışanda artıq başqa dilin, başqa mədəniyyətin daşıyıcılarına çevrilirləır. Mən bunu orta və ali təhsilini rus dilində alan bir şəxs kimi deyirəm. Onlar öz mədəniyyətlərinin deyil, başqa dillərin, başqa mədəniyyətlərin daşıyıcılarına çevrilirlər. Bu, çox ziyanlıdır.

Həmçinin, bəzən görürsən ki, nə ana, nə ata rus dilini bilir, amma övladını rusdilli məktəbə göndərir və bununla da öz övladını mənəvi cəhətdən şikəst edir. Sabah o uşaq dərsini tam anlaya bilməyəndə, necə olacaq?

Ona görə hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Deputat şagirdlərin dərs yükünün coxluğundan narazılıq etdi…

Read Next

Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir