Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki altıncı doğum günü, 32 yaşının tamam olması ilə bağlı bu gün-14 avqust 2026-cı il tarixində, səhər saatlarında 14 avqust 1994-cü il təvəlüdlü-əslən Xızılı, özü isə Bakılı, İçərişəhərli olan tək oğul və iki övlad atası, bir neçə medal və ordenli İkinci Vətən Müharibəsi Şəhidi Fərid Pirəli oğlu Əliyevin Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.
Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Məzarı üzərində tort kəsilib.

Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə ailə üzvləri, Səbailli Şəhid ailələri və digər şəxslər iştirak ediblər.
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





