İçərisində 53 min manat pul və 10 min manatlıq qızıl olan seyf oğurlandı

Bakıda içərisində 53 min manat pul və 10 min manatlıq qızıl olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin  (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Yasamal Rayon Polis İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Muğbil Abıyevə məxsus evdən içərisində 53 min manat pul və 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Adıgözəl Mirzəyev tutulub, digər şəxs isə müəyyən edilib.

Etikxeber.az

Read Previous

Payız sessiyasının növbəti plenar iclası öz işinə başladı

Read Next

Rəqs zamanı qıza çox yaxınlaşmaq olmaz… – Toylarla bağlı QADAĞAlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir