İcbari təhsildən yayınan uşaqlar var- TƏHSİL NAZİRLİYİ

“Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb”.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O, icbari təhsildən yayınma hallarının səbəblərini açıqlayıb: “Müəyyən uşaqlar Azərbaycanda 1-ci sinfə gedir, daha sonra təhsilini başqa ölkədə davam etdirir. Bir qisim uşaq sağlamlığını itirdiyi üçün təhsildən yayınır. Burada miqrasiya məsələləri də var”.

E. Əmrullayev qeyd edib ki, 1,3 – 2 faiz uşaq məktəbə getmir: “Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, 9-cu sinfi 900 şagird bitirib. Burada 10 faiz şagird icbari təhsildən yayınıb demək düz deyil”.

Etikxeber.az

Read Previous

Daha bir şəhid verdik- MN qanlı təxribata görə Ermənistanı ittihamladı

Read Next

Ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı – 76 min

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir