İcbari tibbi sığorta ilə bağlı qanuna – NÖVBƏTİ DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

İcbari tibbi sığortanın gələn ildən ölkə üzrə bütövlükdə tətbiqi ilə bağlı qanunvericiliyə növbəti ciddi dəyişikliklər nəzərdə tutulur.

Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin imzası ilə parlamentə  yeni qanun layihəsi daxil olub.

Etikxeber.az-ın  parlamentdən əldə etdiyi məlumata  görə, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Səhiyyə komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Müzakirələr isə ayın 23-də komitələrin birgə iclasında aparılacaq.

Müzakirələrin şənbə gününə salınması isə Səhiyyə komitəsinin sədri, akademik  Əhlilman Əmiraslanovla sədr müavini Musa Quliyevin xaricdə səfərdə olması ilə bağlıdır.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin ayın 26-da keçiriləcək plenar iclasına tövsiyə olunacaq.

Etikxeber.az

Read Previous

“Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi…” – PREZİDENTDƏN ƏLİ KƏRİMLİYƏ SƏRT İTTİHAM – YENİLƏNİB – (3)

Read Next

“Mqirasiya məsələlərini geniş müzakirə etdik və…” – SAHİBA QAFAROVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir