Bu il, parlamentin 2018-cil payız sessiyası çərçivəsində şəkərli diabet xəstəliyi, tibbi optika və icbari tibbi sığorta ilə bağı Milli Məclisin (MM) Səhiyyə komitəsinin dinləmələrinin keçirilməsi nəzərdə tutulur.
Etikxeber.az xəbər verir ki, bu haqda adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov məlumat verib.
Onun sözlərinə görə, çünki istər şəkərli diabet xəstəliyi, istərsə də icbari tibbi sığorta ilə bağlı qanunlarda ciddi təkmilləşdirmələrə ehtiyac var:
“Hər iki qanunun, ümumiyyətlə, yeniləndirilməsi vacibdir. Məsələn, gələn il ölkə üzrə bütövlükdə icbari tibbi sığortanın tətbiqi gözlənilir. Amma bununla bağlı qanun günün tələblərinə, reallıqlarına cavab vermir. Bizim bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, onun rəhbəri Zaur Əliyevlə də xeyli müzakirələrimiz olub. Onların da icbari tibbi sığorta ilə bağlı qanuna xeyli təklifləri var. Onları yaxın zamanlarda qruplaşdırıb, bizə təqdim edəcəklər. Odur ki, bu məsələnin ətrafında dinləmələrin keçirilməsi yaxşı olardı və biz də belə bir dinləməni keçirməyi nəzərdə tuturuq. Eyni zamanda, şəkərli dibet xəstəliyi ilə bağlı qanunun yeniləndirilməsi çox vacibdir. Ona görə bu məsələ ilə də bağlı dinləmələr keçirməyi və orada səsləndirilən təklifləri nəzərdən keçirib, adıçəkilən qanunu təzələmiyi, yeniləmyi qərara almışıq. Həmçinin, tibbi optika ilə də bağlı ayrıca qanuna və bu yöndə dinləmələrə ehtiyac var. Biz bu məsələni başqa bir qanunda əks etdirməyi nəzərdə tutsaq da, sonradan ayrıca qanunun hazırlanması və qəbulunu məqsədəuyğun saydıq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az