Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Elmira Axundovadan parlament rəhbərliyinə etiraz
Deputat Elmira Axundova Milli Məclisin (MM) yazc sessiyasının sonuncu icalsının fasiləsiz keçirilməsinə etirazını bildirib.
Etikxeber.az xəbər verir ki, deputat qeyd edib ki, son iclasın fasiləsiz işləməsi düzgün deyil:
“Hələ gündəlikdə 20 qanunun müzakirəsi durur. Çox ciddi məsələlər var. Mən də öz münasibətimi bildrimək istəyirəm. Burada şəkərdən, digər xəstəliklərdən əziyyət çəkən, yemək yemək istəyən şəxslər var. Ona görə də iclasda fasilə verilməli idi”.
Birinci vistse-spiker Ziyafət Əsgərov isə deputata cavab verib ki, sədr Oqtay Əsədov iclasın fasiləsiz işləməsi ilə bağlı deputatlardan rəy öyrənib:
“Onlar da bu məsələyə müsbət yanaşdılar. Əgər siz yemək yemək istəyirsinizsə buyurub gedib yemək yeyə bilərsiniz. Burada heç bir problem yoxdur”.
Etikxeber.az