“İcra başçılarının birinci müavinlərindən 74-ü xanımlardır” – KOMİTƏ SƏDRİ

Xanım deputatların, yüksək vəzifələrdə işləyən qadınların sayı nə qədərdir?

Azərbaycanda dövlət qadın siyasəti, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi ən yüksək səviyyədə həyata keçirilir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclislə (MM) TÜRKPA-nın birgə təşkil etdiyi beynəlxalq konfransda çıxışı zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O, qeyd edib ki, qadınların həm dövlət, həm özəl sektorda, həm bələdiyyələrdə, həm də ali qanunverici orqanda xüsusi çəkisi ildən-ilə, seçkilərdən-seçkilərə artmaqdadır.

Onun sözlərinə görə, ölkənin birinci vitse-prezidenti xanımdır:

aqiye-deputat

“Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Həmçinin, dövlət komitəsinin sədrlərindən biri, nazir müavinlərindən 3-ü xanımdır. Bununla yanaşı, Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili-Ombusmanımız qadındır. Milli Məclisin üzvlərindən 20-i xanım parlamentaridir, eyni zamanda, Milli Məclis sədrinin müavinlərindən biri qadındır. Mən özüm də Milli Məclisin qadın komitə sədriyəm. Bundan başqa, 85 rayon və şəhər üzrə icra başçılarının birinci müavinlərinin 74-ü xanımdır, o cümlədən, Abrşeron rayonunun icra başçısı qadındır. Məhkmə-hüquq sistemində, hakim korpusunda çalışanların 14-ü faizi qadınlardır və sair. Bunlar onu göstərir ki, Azərbaycanda gender bərabərliyi çox yüksək səviyyədə təmin olunur, dövlət qadın siyasəti çox uğurla aparılır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Lombardlarla qanun layihəsi müzakirələrdə

Read Next

“Türk serialları həm Avropada, həm Asiyada ciddi təsirə malikdir ki…” – HÜDA KAYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir