İcra başçısı qardaşını itirdi, Prezidentin tədbirində halı pisləşdi…

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin icra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.

Etikxeber.az mətbuata istinadən xəbər verir ki, konfransın birinci hissəsi başa çatdıqdan sonra icranın başçısı zaldan çıxarkən qəfil aldığı xəbər nəticəsində halı pisləşib.

İcra başçısı özü isə mətbuata  bildirib ki, iclasdan çıxarkən zəng gəlib və  ona böyük qardaşının ölüm xəbəri verilib:

“Böyük qardaşım İbrahim Abıyevi 75 yaşında itirdim. Halım pisləşdi, hazırda yas-mərasim yerindəyəm, qardaşımı dəfn edirik”.

Qeyd edək ki, İbrahim Abıyev 1942-ci ildəndir. 75 yaşı var.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Əliyev: “Məmur yekəxanalıq etməməli, soyğunçuluqla məşğul olmamalıdır”

Read Next

“Prezidentin çıxışı eyni zamanda bir daha ona qəti əminlik yaratdı ki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir