İcra başçısının qardaşını öldürən zərərçəkənin oğlu barəsində-HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Xəbər verildiyi kimi iyulun 26-da Kürdəmir rayonu Pirəköcə kənd sakini Azər Qaraşovun yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə mediaya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 2005-ci il təvəllüdlü Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Azay Qaraşov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Etikxeber.az

Read Previous

Cənnətdəki üçüncü doğum günü, 28 yaşı tamam olan-LƏNKƏRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZAUR İSMAYILZADƏ İLƏ BAĞLI BAKIDA TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR YENİLƏNİB – (3)

Read Next

Güloğlular sakinlərindən Mehriban Əliyevaya-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir