“İcra hakimiyyətləri də lazımi addımlar atmalı, Qazilərlə, Şəhid ailələri ilə daimi görüşlər keçirməlidir”-ZAHİD ORUC BUNU QAZİLƏRLƏ GÖRÜŞÜNDƏ SƏSLƏNDİRDİ – FOTO

Bərdə hər iki Qarabağ Müharibəsinin ön cəbhəsi olub.

Etikxeber.az xəbər verir ki, bu sözlər Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Orucun Bərdədə Qarabağ qazilərinin bir qrupu ilə keçirilən görüşü zamanı səslənib.

Xüsusilə qeyd etməliyik ki, 90-ci illərdə Ermənistanın Qarabağa hücumlarında Qarabağa yaxın bölgələr savaşın ağırlığını öz çiyinlərində daşıyıblar.

Bir tərəfdən məcburi köckünlərin həmin ərazilərdə daha çox yerləşdirilməsi, humanitar ağırlıq, digər tərəfdən savaşın episentrində olmaq bu bölgələri xüsusi həssas ərazilərə çevirib.

Bərdə əhalisi hər zaman fədakarlıqla, igidliklə hər iki Qarabağ Müharibəsinə böyük töhfələr verib.

Qeyd edək ki, 100 min dən artıq məcburi köçkünü öz qoynunda saxlayan Bərdə camaatı İkinci Qarabağ Müharibəsində də böyük fədakarlıqlar göstərib. 

Zahid Orucla görüşdə ilk növbədə Vətən Müharibəsindəki qələbədən bəhs olundu, qələbənin tarixi önəmindən danışılıb, ayrı-ayrı döyüşçülərin igidliklərindən bəhs olunub.

Görüşdə ayrıca olaraq vurğulanıb ki, dövləimiz tərəfindən icra hakimiyyətlərində yaradılan qazilər və şəhid ailələri ilə iş şöbələrinə məhz qazilərin təyin olunmağı dövlətin Vətən Müharibəsi iştirakçılarını siyasi idarəetmə komandasının tərkib hissəsi kimi qəbul etməyidir.

Görüşdə həmçinin müharibə iştirakçılarının sosial, məişət, tibbi problemlərinə toxunulub.

Əksər çıxış edənlər tərəfindən irəliyə sürülən fikirlər müalicə müəssisələrində müalicələri yarımçıq qalan, səhhətlərində problem olan qazilərin millət vəkili tərəfindən diqqətə götürülməsini istəyib.

Qərara gəlinib ki, bu tip görüşlərin mütəmadi qrafiki hazırlanmalıdır.

Dövlətimizin rəhbərliyinin, ali baş komandanın şəhidlərimizə, qazilərimizə olan ehtiramı sübut edir ki, bu hər bir hakimiyyət orqanı təmsilçisi üçün tələb olunan önəmli məsələdir. Qarşıdakı dövrdə müxtəlif təşkilati formatların yaradılması da məqsədəuyğun hesab edilib.

Bərdənin savaşda mülki itkilıərinin də digər bölgələrdən daha çox olduğunu nəzərə alaraq bu qəhrəman şəhərin adının, statusunun olmağı məsələsi də gündəmə gətirilib.

Zahid Oruc qaldırılan məsələlərin hər birini müvafiq orqanlara yönəldiləcəyini qeyd edib. 

Bütün bölgələr kimi Azərbaycan xalqı vahid bir yumruq kimi bu savaşa töhfələr veriblər.

Zahid Oruc bildirib ki, icra hakimiyyətləri də lazımi addımlar atmalı, qazilərlə, şəhid ailələri ilə daimi görüşlər keçirməlidir.

Xatırladaq ki, Bərdə 50-dən artıq hərbi şəhid verib, 30-dan artıq mülki itkiləri olub, erməni vandalizminin həmişə hədəfinə çevrilib.

Bərdə hər zaman qəhrəman övladlar yetişdirib.

Təhsil, ədəbiyyat, mədəniyyət sahəsində də Bərdə camaatının gördüyü işlərin sistemli qiymətləndirilməsi üçün bundan sonra da işlər görüləcək.

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Bakı Baş Gömrük İdarəsində əməliyyat haqda məlumat yaydı-5 NƏFƏR SAXLANILDI…

Read Next

“Mingəçevirin küçələrindən birinə oğlumun adı verilsin, Şəhid ailələrinin narazılığına səbəb olan qərar-iki orden məsələsi, tələbi aradan qaldırılsın”-ŞƏHİD FUAD XANKİŞİYEVİN ANASI BAŞ NAZİRƏ MÜRACİƏT ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir