İctimai çimərliklərlə bağlı tələblər müəyyənləşib

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin mayın 16-da keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Etikxeber.az məlumat verir ki, məcəllənin 46-cı maddəsinə edilən dəyişiklərə əsasən ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşib.
Layihədə deyilir ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Layihə MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

İslamiada: Türkiyənin kişi və qadın tennisçiləri çempion oldular- FOTO

Read Next

Milli Məclisdə anti-Rusiya müzakirələri… YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir