İctimai nəqliyyat şənbə və bazar günləri işləməyəcək-AVQUSTUN 1-DƏK – YENİLƏNİB

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın müddəti uzadılıb.

Etikxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

***

Eyni zamanda, avqustun 1-dək Bakı Metropolitenində şənbə-bazar günləri sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu da Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Etikxeber.az

Read Previous

87 yeni yoluxma-3 ÖLÜM…

Read Next

Ukrayna millisi ilk dəfə Avropa çempionatının-DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir