İdarəetmə hər zaman yenilik və əyanilik tələb edir – KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

“Günün  və yerli şəraitin reallığına uyğun qanunvericilik bazası hazırlamaq üçün Milli Məclisin Regional komitəsinin üzvləri yerlərdə olub və yerli şəraitə uyğun qanunlar hazırlayıblar. Məhz bunun nəticəsidir ki, son dövrlərdə bələdiyyələrin də fəaliyyətində  canlanma müşahidə olunmaqdadır. Bunu biz hiss edirik”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclasında komitə sədrinin müavini Fəttah Heydərov çıxışı zamanı deyib.
O, hesab edir ki, bundan sonra da  bu iş davam edəcək.
“Ümid edirəm ki,  görülən tədbirlər öz müsbət nəticəsini verəcək. Çünki idarəetmə  hər zaman və bir əyanilik  tələb edir. Bu əyanilik  də ondan ibarətdir ki, məsələnin mahiyyəti  həm qanunvericilik nöqteyi-nəzərindən,  həm də yerli şəraitə uyğun olaraq nəzərdə tutulur, həyata keçirilir. Bax, bu mənada bu sessiya ərzində  fəaliyyəti yüksk qiymətləndirirəm. Hesab edirəm ki, işlər aktiv formada davam etdirilməlidir. Amma bununla bağlı problemli məsələlər də var ki, o məslələr də həllini tapmalıdır”-deyə, F.Heydərov bildirib.
Etikxeber.az

Read Previous

“Bu fərmandan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac olmayacaq…” – İBRAHİMOV

Read Next

“Həmməruzəçilər yenidən Azərbaycana səfər edib, hesabat hazırlayacaqlar”- SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir