Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Düşmən tərəfinin məqsədi ondan ibarətdir və onlar hər zaman ciddi cəhdlə çalışırdı ki, Ramil Səfərov məsələsində məsuliyyət dövlətin üzərinə qoyulsun, baş vermiş hadisə dövlət tərəfindən həyata keçirilən cinayət kimi dünyaya təqdim edilsin.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tamam Cəfərova deyib.
“Ermənilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsində həmyerlimiz Ramil Səfərovla bağlı Azərbaycan və Macarıstan Respublikalarına qarşı iddia qaldırıblar.Bu prosesdə ermənilərin iki məqsədi vardı. Birincisi Ramil Səfərov haqda imzalanmış Əfv Sərəncamının ləğvi və onun yenidən məsuliyyətə cəlb olunması ilə bağlıdır.Düşmən tərəfinin ikinci məqsədi isə ondan ibarətdir ki, onlar hər zaman ciddi cəhdlə çalışırdı ki, bu məsələdə məsuliyyət dövlətin üzərinə qoyulsun, baş vermiş hadisə dövlət tərəfindən həyata keçirilən cinayət kimi dünyaya təqdim edilsin. Bütün bu iddialar məhkəmə tərəfindən qəbul edilmədi və rədd cavabı verildi, qeyd etmək istəyirəm ki, 15.000 məbləğindəki təzminat isə vəkilin xərclərinin ödənilməsi ilə bağlıdır.Ona görə də media nümayəndələrindən xahiş edirəm ki, bu barədə məlumatları paylaşarkən bu məqamlara xüsusi diqqət yetirsinlər”-deyə, o, əlavə edib.
Etikxeber.az