İdman-mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacaq

Vergi Məcəlləsinə və “Reklam haqqında” qanuna dəyişiklik edilib.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM)  bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə və “Reklam haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirəyə çıxarılıb. Qanuna nəzərdə tutulan dəyişikliklər barəsində məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədeyib ki, Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində və “Reklam haqında” qanunun 32.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” sözü “maliyyə bazarlarına nəzarət orqanı” sözü ilə əvəz edilib.

Eyni zamanda, məlum olub ki, idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacaq. Belə ki,  Vergi Məcəlləsinə dəyişikliyə əsasən 99.3.12, 101.5, 125.1.8, 150.1.10 və 150.3-2-ci maddələr ləğv edilir. Dəyişikliklərdə qanunun 99.3.12-ci maddəsinin də ləğv edilməsi öz əksini tapıb. Bu dəyişikliyə əsasən idman mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab olunmayacaq. Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğv edilməsi təklif edilir ki, bu da özündə idman mərc oyunlarından əldə edilən uduşlardan 10% dərəcə ilə verginin tutulmamasını  ehtiva edir. İdman mərc oyunlarından əldə edilən uduşlara görə qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulmayacaq. Dəyişikliyə müvafiq olaraq idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs ödəmə mənbəyində vergini tutmağa borclu sayılmayacaq. Dəyişikliklərdə həmçinin, Məcəllənin 150.3-2 maddəsinin ləğvi nəzərdə tutulur. Başqa sözlə, idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacağı təqdirdə idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs gəlir vergisi hesablamayacaq. Buna görə də, dövlət büdcəsinə köçürmə etməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə ehtiyac qalmayacaq. Dəyişikliklərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlara görə fiziki şəxslər gəlir vergisindən azad edilməsi də nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Səmədzadə: “Gömrük Məcəlləsinə edilən dəyişiklik vətəndaşların gömrükdən mallarını rahat keçirməsinə xidmət edəcək”

Read Next

Şahin Mustafayev: “Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi həm də Türkiyədən asılıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir