“İdmana bu qədər vəsaitin ayrılmasına indi nə ehtiyac var?” – DEPUTAT

Millət vəkili büdcədən idman obyektlərinin tikintsinə külli miqdarda vəsaitin ayrılmasına etiraz etdi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fərəc Quliyev  Milli Məclisdə (MM) büdcə müzakirəsi zamanı deyib. 
“2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 300 milyon manatdan artıq, həmçinin, digər idman obyektlərinin tikintisinə böyük həcmdə vəsaitin ayrılmasına nə ehtiyac var? Axı,  Birinci Avropa Oyunları zamanı ölkə ərazisində kifayət qədər idman obyekti tikilib. Yenidən bu qədər vəsaitin ayrılmasına indi nə ehtiyac var? Ola bilməz ki, həmin vəsait digər sahələrə yönəldilsin?!”-deyən millət vəkilinin sözlərinə görə,  məsələn, qaçqınların yaşadığı 9 min qəzalı evlər var və həmin vəsaiti ora yönəltmək olar.
“Odur ki, hökumət bu məsələlərə aydınlıq gətirməlidir”- deyə, millət vəkili bildirib.
Etikxeber.az

Read Previous

“Ədalət zəfər çalacaq” – LEYLA ƏLİYEVA

Read Next

“İldə yüz nəfər istedadlı gənc xaricdə reytinqli universitetlərə göndərilməlidir” – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir