Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın 21-də İslamiadada kişi voleybolçuların yarışına yekun vurulub. Azərbaycan voleybolçuları yarışda ikinci yeri tutublar.
Etikxeber.az xəbər verir ki, “Baku Crystall Hall”da keçirilən yarışın final görüşündə Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 25:16 hesabı ilə İran millisi qalib gəlib. İran yığması ikinci seti çətinliklə öz xeyrinə başa vura bilib – 29:27. Üçüncü setdə də 25:18 hesabı ilə üstün olan İran milli komandası oyunda 3:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Azərbaycan millisi İslamiadanı ikinci, Əlcəzair yığması isə üçüncü sırada başa vurub.
Xatırladaq ki, qadın voleybolçuların yarışında çempionluq sevincini Azərbaycan idmançıları yaşayıblar.
***
Qadın güləşçilərin yarışında növbəti medalı 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva qazanıb. Atletimiz gümüş medalla kifayətlənməli olub.
Dairəvi sistem üzrə keçirilən görüşdə Azərbaycan pəhləvanı üç görüşdə qalib gəlib. Belə ki, idmançımız qazaxıstanlı İrina Kazyulinanı, misirli Samar Hamzanı və qırğızıstanlı Ayperi Medetqızını məğlubiyyətə uğradıb. Lakin həlledici görüşdə Türkiyə təmsilçisi Yasemin Adara məğlub olan Səbirə Əliyeva gümüş medalı aktivinə yazdırıb.
Bu çəki dərəcəsində qızıl medalı türkiyəli Yasemin Adar qazanıb. Üçüncü yerə isə qırğızıstanlı Ayperi Medetqızı çıxıb.
***
Stolüstü tennis üzrə kişilər arasında üçüncü yer uğrunda görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən matçda komandamız Səudiyyə Ərəbistanına 3:1 hesabı ilə qalib gəlib.
Etikxeber.az