İdmançımız ağırlıqqaldırma üzrə Olimpiya Oyunlarının gümüş medalını qazandı – FOTOLAR

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışında mübarizəyə qoşulan gənc idmançımız Tamerxan Babayev gümüş medal qazanıb.

Etikxeber.az xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan gənc atlet birdən qaldırma hərəkətində 142 kiloqramı ram edib və bu hərəkətdə ikinci olub.

O, təkanla qaldırma hərəkətində də 174 kiloqramın öhdəsindən gələrək ikinci yeri tutub. Yekun nəticədə 316 kiloqram (142 kq+174 kq) nəticə qazanan Tarmenxan Babayev Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb.

Tarmenxan Babayev “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Onun şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018) olan idmançımız altı dəfə yeni rekord müəyyənləşdirib.

olimp-1

Xatırladaq ki, bu, Azərbaycan milli komandasının Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında dördüncü medalıdır.

Bundan əvvəl cüdoçu Vüqar Talıbov və gimnast Yelizaveta Luzan qızıl, taekvondoçu Cavad Ağayev isə bürünc medal qazanıblar.

Etikxeber.az

Read Previous

Daha bir “Bakı”mız olacaq – BU DƏFƏ MASALLIDA – FOTO(LAR)

Read Next

Hökumət dəyişikliyi olacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir