İdmançımız erməni cüdoçuya qalib gələrək Avropa çempionu oldu – FOTOLAR

Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.

cudooo-3

Etikxeber.az-ın verdiyi məlumata görə, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib. Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Millimiz kişilərin komanda yarışında birinci yeri tutub. Rusiya ikinci Almaniya komandası isə üçüncü olub.

Etikxeber.az

 

Read Previous

Səfir Kölndə PKK-ya dəstək aksiyasının keçirilməsinə görə Türkiyə XİN-ə çağırıldı

Read Next

Rafael Hüseynov və Sevinc Fətəliyeva AŞPA-nın komitə iclaslarına qatılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir