“İdxaldan asılılığın azaldılmasına nail olmalıyıq…”-ƏLİ ƏSƏDOV HÖKUMƏTİN PRİORİTETLƏRİNİ AÇIQLADI

2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasına əsasən, hökumətin qarşısında bir sıra tapşırıqlar var.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, dayanıqlı iqtisadiyyat, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi, antiinhisar siyasətinin, həmçinin daxili bazarda qiymətə nəzarətin gücləndirilməsi, qlobal bazarda ərzaq bahalaşmasının ölkəyə təsirinin azaldılması və ərzaq təhlükəsizliyinin təmini, rəqabətli insan kapitalı və vətəndaşların sağlam həyat tərzinin təmin olunması bu vəzifələr sırasındadır.

O, eyni zamanda, qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq.

“Bunun üçün biz aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir. Daxili bazarda ərzaq təhlükəsizliyi istiqamətində tədbirlər görmək məqsədilə Dövlət Ehtiyatlar Agentliyi yaradılıb. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi mədəni irsin bərpası, orada əhali üçün şəraitin yaradılması dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulan əsas prioritetdir”-deyə, Ə. Əsədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarşıda çətin zaman olacaq…”-CONSON

Read Next

“Toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur ki…”-MM-İN KOMİTƏ SƏDRİ HÖKUMƏTİ İSRAFÇILIĞIN QARŞISINI ALMAĞA ÇAĞIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir