II Elizabet-VƏFAT ETDİ – YENİLƏNİB

Britaniya Kraliçası II Elizabet vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Bukinqem sarayı məlumat yayıb.

Bildirilib ki, 96 yaşlı Kraliça dünyasını dəyişib.

Ölümündən sonra Kraliçanın böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz Birləşmiş Krallığın kralı olub.

Kraliça II Elizabet Britaniya tarixində ən uzun müddət hakimiyyətdə olan monarx idi.

***

Böyük Britaniyanın Baş nazir Liz Trass kraliçanın ölümü ilə bağlı açıqlama verib.

O, bunun millət və dünya üçün böyük şok olduğunu deyib və dərindən kədərləndiyini bildirib.

Baş nazir Kraliçanı müasir Britaniyanın üzərindəki qaya və Böyük Britaniyanın ruhu kimi təsvir edib.

O, cəmi iki gün əvvəl baş nazir kimi and içmək üçün Kraliça ilə Balmoral qəsrində görüşdüyünü, monarxın onun üçün şəxsi ilham olduğunu söyləyib.

Baş nazir bildirib ki, Kraliçanın vəzifəyə sadiqliyi hamı üçün nümunədir və bu gün böyük itki günüdür.

O, həmçinin bildirib ki, Kral Çarlzı dəstəkləmək, sadiqliyimizi və sədaqətimizi təqdim etmək üçün bir araya gəlmək lazımdır.

Etikxeber.az

Read Previous

2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri müzakirə olunub-İQTİSADİ ŞURADA

Read Next

“Sentyabrın 1-dən min kvadratkilometrdən çox ərazimiz azad edilib…”-UKRAYNA PREZİDENTİ AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir