Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Böyük acılar yaşamış (yaşayan) Ana…
Dörd övladından, dörd oğlundan üçünü itirmiş Ana…
İki-azyaşlı övladını və həyat yoldaşını illər öncə itirmiş, bir övladını isə İkinci Vətən Müharibəsində Şəhid vermiş Ana…
Dərdli, Yaralı, həm də Qəhrəman Ana…
Həm Bakılı, Səbailli-Badamdarlı, həm də Şabranlı-Zeyvəli İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Həsənovun Anası Mərifət Ana, Mərifət Həsənova…
Bu gün-11 dekabr 2023-cü il tarixində, axşam saatlarında Şəhidimizin Badamdar qəsəbəsindəki ocağını və anası Mərifət xanımı yenidən, növbəti dəfə ziyarət etdim…
Bir daha Şəhidimizin anasına, əzizlərinə Allahdan səbr və dözüm arzuladım…
Bugünlərdə Anım Günü, Əbədiyyətə uğurlanmasının üçüncü ili olan Şəhidimizin bir daha məkanı cənnətlik, ruhu şad olsun dedim…
Bir daha Şəhidimizin ruhu və Mərifət xanımın qarşısında baş əydiyimi dilə gətirdim…
Yaralı, Dərdli, həm də Dik duruşlu Şəhid anası ilə bir daha söhbətləşdim, dərdləşdim…
Bir daha Ona təsəlli verməyə çalışdım…
Əgər təsəlli verə bildimsə…
Nə deyim…
Çox çətin idi, çox çətindir…
Bir daha Allah səbr və dözümünü versin!
Bir daha Allah həm yoldaşının, həm də hər üç övladının-Şəhidinin məkanını cənnətlik etsin, tək övladını-tək oğlunu qorusun!
Amin!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





