İki bacının tək qardaşı, evin subay oğlu, peşəkar hərbçi, Gizir-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏNDƏR İSMAYILZADƏNİN SABAH ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇİR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən daha birinin-əslən Yevlaxlı Səmədər Vahid oğlu İsmayılzadənin Anım Günüdür.

Sabah-30 oktyabr 2024-cü il tarixində Səməndər İsmayılzadənin Əbədiyyətə uğurlanmasından dörd il ötür.

30 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Lökbatan Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Məzarını ziyarətdən sonra isə “Qaradağ” şadlıq sarayında Şəhidin Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, əslən Yevlaxlı olan Səməndər İsmayılzadə 1990-cı ilin avqust ayının 25-də dünyaya gəlib.

Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərliyini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərbi ilə bağlayıb.

Azərbaycan Ordusunun Giziri olub.

Aprel döyüşlərində iştirak edib.

2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinə qatılan Səməndər Füzuli, Cəbrayıl Xocavənd istiqamətlərində döyüşüb.

Oktyabrın 28-də isə Füzuli istiqamətində qəhrəmancasına Şəhadətə ucalıb və nəşi 30 oktyabr tarixində Lökbatan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah Anım günləri olan, İkinci Vətən Müharibəsinin 30 oktyabr Şəhidləri-GORANBOYLU, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY ÖVLADI MƏHƏMMƏD ƏŞRƏFOV, BEŞ BACININ TƏK QARDAŞI, ALİ-HƏRBİ TƏHSİLLİ FUAD MƏHƏRRƏMOV VƏ 9 YAŞINDAN BİBİSİ TƏRƏFİNDƏN BÖYÜDÜLƏN, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, SAMUXLU PƏRVİZ RÜSTƏMOV…

Read Next

Şəhid ailələrinin və Qazilərin iştirakı ilə ŞABRANDA-XAQANİ POEZİYA EVİNDƏ 8 NOYABR-ZƏFƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir