İki “COVID-19” xəstəsinə cinayət işi açıldı-YAŞAYIŞ YERİNİ TƏRK ETDİYİNƏ GÖRƏ

Yanvarın 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Etikxeber.az

Read Previous

“Yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq…”-İlham Əliyevin Ukrayna-SƏFƏR BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir