“İki dost-qardaş ölkə onları təhdid edən bütün problemləri, maneələri birlikdə dəf edəcək, birlikdə aşacaq…Türkiyə terrordan, Azərbaycan işğal faktından qurtulacaq”-ELDAR İBRAHİMOV YAZIR

Dostluq, qardaşlıq, mütəffiqlik, sadəcə, sözlərdən, bəyanatlardan ibarət olmur, dostluq, qardaşlıq, strateji müttəfiqlik əməllərdən, addımlardan, fəaliyyətlərdən, niyyətlərdən və onların birlikdə gerçəkləşdirilməsindən ibarət olur.

Azərbaycan-Türkiyə, Türkiyə- Azərbaycan qardaşlığı, dosluğu, müttəfiqliyi də məhz ikincilər-əməllər, addımlar, fəaliyyətlər üzərində qurulub, bərqərar olub.

Ruhən, mənən bağlı olan dövlətlətimiz xüsusilə, axır 29 ildə, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra daha sıx, daha möhkəm tellərlə bir-birinə bağlanıblar, daha monolit olublar.

Bu gün birgəlikləri, həmrəylikləri ilə dünyaya nümunə və örnəkdirlər. Deyərdim ki, bu məsələdə hələ uzun illər ikinci bir örnək, nümunə olmayacaq, üfüqdə belə işartları görünmür.

Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinin bu dərəcədə üst səviyyələrə, zirvələrə qalxması, qaldırılması həmdə məhz Ulu Öndərimiz Heydər Əliyevin, məhrum Süleyman Dəmirəlin, son 17 ildə Azərbaycana uğurla rəhbərlik edən ölkə Prezidenti cənab İlham Əliyevin və yenə də son 17 ildə Türkiyəni dünyanın ən öndə gedən dövlətləri sırasına çıxaran cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində mümkün olub.

Yeri gəlmişkən, qürur və fəxr hissi ilə qeyd etmək istərdim ki, məhz Heydər Əliyevlə Süleyman Dəmirəli birgə fəaliyyəti nəticəsində-blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini özündə edən məşhur Qars müqaviləsi hələ o zaman, Ulu Öndərimiz Naxçıvanda Ali Məclisin sədri işləyərkən yenilənmişdi. Eyni zamanda, bunun davamı olaraq, Sədərək istiqamətində Naxçıvanı, ümumilikdə Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən “Ümid” körpüsü reallaşdırılmışıdı. Həmin körpünün açılışında isə həm mərhum Heydər Əliyev, həm də rəhmətlik Süleyman Dəmirəl iştirak etmiş, birlikdə növbəti dostluq, qardaşlıq mesajları verilmişdi. Bunlar unudulması mümkün olmayan, həm də yaxından iştirakçısı olduğum tarixi hadisələrdir.

Bununla yanaşı, xüsusilə, ötən 27 ildə bu şəxsiyyətlərin, dünyamiqyaslı örnək liderlərin birgə, gərgin fəaliyyətləri, zəhmətləri nəticəsində çoxlarına xəyal və fantastika kimi görünən nəhəng layihələr gerçəkləşdirilib, həm hər iki ölkənin inkişafı, milli maraqları öndə tutulub, həm də dünyanın təhlükəsizliyi, enerji ehtiyatları ilə təminatı məsələləri, onlara töhfə verilməsi niyyətləri ilk sıralarda gəlib.

Bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi, qardaşlığı, dostluğu nəticəsində Avropanın, dünyanın enerji təhlükəsizliyi təmin olunmaqdadır, yaxın zamanlarda, çox da uzaq olmayan gələcəkdə TAP layihəsi də bu sıraya qoşulacaq. Bir daha həm Azərbaycanla Türkiyənin dünyada nüfuzu, önəmi, rolu artacaq, etiraf olunacaq, həm də dünyanın enerji təhlükəsizliyi, bütövlükdə təhlükəsizliyi əmin əllərdə olacaq.

Eyni zamanda çox sevindirici haldır ki, Azərbaycan bütün məsələlərdə Türkiyənin, Türkiyə isə bütün çətinliklər və uğurlarda daim Azərbaycanın yanında olub, yer alıb. Xüsusilə də, Qarabağ məsələsində bu iki qardaş və dost ölkənin əməkdaşlığı, birgəliyi, həmrəyliyi dünyaya bir mesaj, bir çağırış, həm də bir xəbərdarlıqdır.

Yəni, kimsə firləşməsin və fikirləşməməlidir ki, Qarabağ məsələsində Azərbaycan yalnızdır, təkdir, müdafiəsizdir. Əsla, həm qardaş və dost Türkiyənin, həm də qardaş və dost Pakistanın daim Azərbaycanla bir, birgə, həmrəy olması bütün düşmənlərimizə, əleyhidarlarlarımza bir siqnal, bir mesajdır.

Son iyul-Tovuz hadisələri də bunun əyani süburu oldu. Azərbaycana ilk və birmənalı dəstək məhz bu iki qardaş və dost ölkədən gəldi. Hər iksi də bütün addımlarında Azərbaycanın yanında olduqlarını və bundan sonra da olacaqlarını açıq şəkildə bəyan etdilər.

Ələxüsus, qardaş və dost Türkiyənin hərbi elitasının Azərbaycana səfərləri, eyni gündə Xarici İşlər və Müdafiə nazirlərimizin Türkiyədə yüksək səviyyələrdə qarşılanmaları, bunun ardınca növbəti birgə hərbi təlimlərə start verilməsi bir daha əməkdaşlığımızın, mütəfiqliyimizin, qardaşlığımızın sözlərdən ibarət olmadığını dünyaya nümayiş etdirdi.

Daha konket şəkildə ifadə etməli olsaq, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Bununla yanaşı, o da qeyd edilməlidir ki, qardaş Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrimizin formalaşmasına yardım göstərib və göstərməkdədir.

Çünki xüsusən ilk zamanlar orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynadı və demək olar ki, artıq hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər və sair.

Və yaxud, ölkə Prezidentinin Yunanıstan səfiri ilə görüşündə verdiyi qətiyyətli bəyanat, Şərqi Aralıq dənizi bölgəsində yaranmış gərginlik bağlı sərgilədiyi birmənalı mövqe hər şeyi gün kimi açıb ortaya qoydu.

Bütün bunlar bir daha onu göstərir və göstərdi ki, harada Azərbaycan varsa, Türkiyə oradadır, harada Türkiyə varsa, Azərbaycan oradadır. Bundan sonra Azərbaycan olan yerdə Türkiyə, Türkiyə olan yerdə Azərbaycan olacaq.

İki dost və qardaş ölkə onları təhdid edən bütün problemləri, maneələri birlikdə dəf edəcək, birlikdə aşacaq, birlikdə onların öhdəsindən gələcək, Türkiyə qanlı terrordan, Azərbaycan işğal faktından qurtulacaq.

Başqaları, bizləri sevməyənlər bunlara inanmaya bilər, öz işləridir, amma bizlər, iki dost və qardaş ölkə buna adımız kimi əminik!

Eldar İBRAHİMOV,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Deputat Ucarın Bərgüşad, Lək və Xələc kəndlərində seçicilərini-QƏBUL ETDİ, DİNLƏDİ VƏ…-FOTOLAR

Read Next

Tofiq Yaqublu barəsində hökmdən apellyasiya-ŞİKAYƏTİ VERİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir