Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
14 iyul tarixində Gürcüstan-Azərbaycan sərhəddinin Gürcüstan istiqamətində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycan ərazi bütövlüyü və sərhəd xidməti əsgərimizə qarşı edilən hərəkət Azərbaycan cəmiyyətində böyük narahatlıq doğurdu.
Gürcütan sərhədçilərinin hərəkətsizliyi bir qrup insanın sərhəd xəttinə yaxın Keçikçidağ məbəd kompleksi yaxınlığında gərginlik yaratmaq cəhdinə səbəb oldu.
Məbəd Azərbaycan ərazisində yerləşir və bu 1963-cü ildə Gürcüstan SSR Ali Sovetində təsdiq edilmiş topoqrafik xəritədə təsbit edilmişdir.
Azərbaycan-Gürcüsatn sərhəd xəttinin detallarının müzakirə edildiyi bir zamanda belə bir insidentin törədilməsi müəyyən qüvvələrin iki ölkə arasında problem yaratmaq cəhdi kimi qiymətləndirilməlidir.
Azərbaycanda 14 iyulda baş verən hadisəyə Gürcüstan hakimiyyət orqanlarının kəskin reaksiya verməsi, hadisəni şəxsən gürcüstan Baş Nazirinin pisləməsi iki ölkə arasında mehriban qonuluq siyasətinin davam etdirilməsində tərəflərin böyük marağı kimi qiymətləndirildi.
Azərbaycan hadisəni törədənlərin cəzalandırılımasını və belə hadislərin qarşısını alacaq mexanizmin hazırlanmasını vacib hesab edir.
Azərbaycan və Gürcüsatn istənilən məsələni qardaşlıq və beynəlxalq hüquq əsasında həll etmək bacarığındadır.
Aydın MİRZƏZADƏ,
Millət vəkili
Etikxeber.az