“İki gün Şəhid cəsədlərinin arasında qaldım…Şəhidliyim xəbəri yayılmışdı…Oğlum Aprel döyüşlərindən, əkiz qızlarım isə İkinci Vətən Müharibəsindən sonra dünyaya gəldi…”-APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, MAXE-KƏŞFİYYATÇI, BEŞ MEDALLI, 3 ÖVLAD ATASI, İKİNCİ QRUP QARABAĞ ƏLİLİ-QUSARLI VOLODYA ŞAHLAR OĞLU MAVERDİYEV – FOTOLAR

Volodya Şahlar oğlu Maverdiyev…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Peşəkar hərbçi, Aprel döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçısı…

Qanı, canı ilə ölkəsinə, dövlətinə, vətəninə, torpağına bağlı Azərbaycan oğlu…

İkinci qrup Qarabağ-müharibə Qazisi…

Vətən sevdalısı Volodya ilə 25 sentyabr 2023-cü il tarixində Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbirdə, Quba rayonunda tanış oldum…

Onunla tanışlığımızdan da çox məmnun və razı qaldım…

Olduqca səmimi, istiqanlı, mehriban, Vətənsevər bir Azərbaycan övladıdır…

Fürsətdən istifadə edib, onunla az da olsa, hal-əhvallaşdım, söhbətləşdim…

Ona uzun, huzurlu və sağlıqlı ömür, çan sağlığı, ailəsi ilə bir ömür boyu xoşbəxtlik arzuladım…

Eyni zamanda, Onun kimi Vətən sevdalılarına daim borclu olduğumu, borclu olduğumuzu bildirdim…

Onu da qeyd edim ki, Volodya 1992-ci ilin mart ayının Qusar rayonun Əvəcuq kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Ailədə üç uşaq-iki qardaş və bir bacıdırlar…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb, Naxçıvan Muxtar Respublikasında (NMR) Əsgərlikdə olub…

Əsgərlikdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, NMR-də MAXE kimi fəaliyyətə başlayıb…

2012-ci ildə Ordudan təxris olunub və yenidən Qusar rayonuna, ailəsinin yanına dönüb…

Bir il yarımdan sonra, 2014-cü ilin aprelində yenidən Orduda fəaliyyətini davam etdirib- bu dəfə Qusar rayonundakı “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə…

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub…

Və 2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə bir Vətən sevdalısı, bir peşəkar hərbçi kimi Vətənin müdafiəsinə, döyüşlərə atılıb…

Füzuli istiqamətində döyüşlərdə iştirak edib və oktyabr ayının 5-də ağır yaralanıb, 3 qəlpə yarası, açıq kəllə-beyin travması alıb…

Qəlpələrdən biri hələ də ürək nahiyəsində qalmaqdadır…

İki gün Şəhid cəsədlərinin arasında qalıb, onun Şəhid olduğunu zənn ediblər, Şəhidliyi xəbəri yayılıb hətta…

Sonra döyüşçü-hərbçi yoldaşları onu təxliyə ediblər…

17 gün komada qalıb…

Sonra ağır cərrahi əməliyyatdan keçib, baş nahiyəsindəki qəlpələr çıxarılıb…

Müalicə-müayinəsini davam etdirmək üçün onu Bakıya-“Semaşko” xəstəxanasına göndəriblər…

Orada da 4 aya yaxın müalicə-müayinə aldıqdan sonra evə buraxıblar…

İkinci Vətən Müharibəsindən sonra həm də İgidliyinə, Qəhrəmanlığına bir neçə medalla-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”“Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

İkinci Vətən Müharibəsindən öncə isə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı təltif edilib…

2021-ci ilin iyun ayından da Ordudan təxris olunub və hazırda 2-ci qrup (beş illik) Qarabağ əlilidir…

Volodya həm də ailəli, 3 gözəl övlad atasıdır…

İlk övladı-oğlu Kənan 2016-cı ilin Aprel döyüşlərdən cəmi aylar sonra, sentyabrın 5-də dünyaya gəlib…

Əkiz qızları isə İkinci Vətən Müharibəsindən cəmi 13 gün sonra, 2020-ci ilin 23 noyabr tarixində anadan olublar…

Amelya və Ramelya hazırda 3 yaşlarının içindədir…

Kənan isə artıq orta məktəb şagirdidir…

Allah hər üçünü də qorusun!

Böyük Yaradan həm Qazimizin özünün, həm də ailəsinin Yar və Yardımçısı olsun!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha bir Vətən sevdalısı Azərbaycan övladı-Bərdəli Şəhid qohumu-VƏTƏNƏ XİDMƏT BORCUNU YERİNƏ YETİRMƏYƏ YOLLANIR… – FOTOLAR – YENİLƏNİB

Read Next

ƏLİYEVİN 45 GÜNLÜK MÜHARİBƏSİ: İRƏVANI BAKIYA BİRLƏŞDİRMƏK PLANI-Zahid Oruc yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir