İki həmkarımızı itirdik… – FOTOLAR

Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.

Etikxeber.az xəbər verir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir.

ulviyya

Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb.

O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

nicat

Eyni zamanda, daha bir jurnalist – Nicat Məlikov dünyasını dəyişib.

bu barədə Milli Turizm Təbliğat Bürosunun PR meneceri Kənan Quluzadə Facebook sosial şəbəkəsində yazıb.

O,  bildirib ki, N. Məlikov mağazaya gedəndə qəfil yerə yıxılıb və vəfat edib.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Prezident “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə bir arada – FOTO

Read Next

Zakir Həsənovla Fuad Ələsgərov cəbhədə – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir