Bərdə rayonunun Otuzikilər kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xüsusi Təyinatlı Elşən Təvəkgül oğlu Mehbalıyevin Anım Günüdür.
Elşən Mehbalıyevin bu gün Əbədiyyətə uğurlanmasından 3 il ötür.
Etikxeber.az xəbər verir ki, 1994-ci ilin iyul ayının 23-də Bərdənin Otuzikilər kəndində-sadə bir ailədə dünyaya gələn Elşən Mehbalıyev ailənin iki oğlan övladından biri olub.
O, Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı olub.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib və noyabr ayında Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabr ayının 6-da Otuzikilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də nişanlı olub.
Şəhidin qardaşı Elnur Mehbalıyev də hərbçi olub.
O da İkinci Vətən Müharibəsində iştirak edib, bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.
Sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan veriləcək.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az