İki hərbi qulluqçu ildırım vurması nəticəsində vəfat etdi-DSX MƏLUMAT YAYDI

İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.

DSX-nın Mətbuat Mərkəzindən Etikxeber.az-a verilən xəbərə görə, faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

Etikxeber.az

Read Previous

Adının haqqını verən, adı kimi də rahat olan-“RAHAT MƏKAN”

Read Next

Mehriban Zeynalovanın “Təmiz Dünya”sı daha bir layihəyə-START VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir