İki hərbçi öldü, biri ağır yaralandı – HƏRBİ HİSSƏDƏ DƏHŞƏTLİ HADİSƏ

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu – gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır xəsarət alıb.

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Fazil Mustafa Həlimə Əliyeva və Ədilə Mütəllibovadan yazdı – BİRİNCİ VİTSE-PREZİDENTİ TƏQDİR ETDİ

Read Next

“Heydər Əliyev yolu əbədiyyətən davam edəcək” – FƏTTAH HEYDƏROV YAP-IN TƏDBİRİNDƏ BELƏ DEDİ- FOTOLAR – YENİLƏNİB -(1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir